Bakı. Trend:
ABŞ-nin Beyrutdakı səfirliyinin binasına atəş açılıb.
Trend xəbər verir ki, bu barədə Livan KİV-i məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanlar və atəşin hansı silahdan açıldığı barədə məlumat verilməyib.
Silahlı hücumu həyata keçirənlərin kimliyi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, 39 il əvvəl, yəni 20 sentyabr 1984-cü ildə də ABŞ-nin Livandakı səfirliyinə minalanmış avtomobil vasitəsilə hücum olunub.