Bakı. Trend:
Fransa Afrika ölkələrinin, eləcə də G4 dövlətlərinin (Braziliya, Almaniya, Hindistan və Yaponiya) BMT Təhlükəsizlik Şurasına daimi üzvlər kimi daxil edilməsini dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə Fransa xarici işlər naziri Katrin Kolonna BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib.
"Biz BMT Təhlükəsizlik Şurasının islahatına təkan tapmalıyıq və burada təbii ki, onun genişlənməsindən söhbət gedir. Biz Afrika dövlətlərinin Şurada, o cümlədən daimi əsasda daha geniş iştirakının tərəfdarıyıq. Biz həmçinin G4 ölkələrinin namizədliyini dəstəkləyirik", - deyə o qeyd edib.
Fransa diplomatiyasının rəhbəri Afrika qitəsində hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.