...

WADA Rusiyaya qarşı sanksiyaları uzadıb

Dünya xəbərləri Materials 24 Sentyabr 2023 07:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Antidopinq Agentliyinin ("WADA") İcraiyyə Komitəsinin üzvləri Şanxayda (Çin) keçirilən iclasdan sonra antidopinq məcəlləsinə əməl etmədiyinə görə Rusiya Federasiyasına qarşı mövcud sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul ediblər.

Trend-in WADA-nın press-relizinə istinadən verdiyi məlumata görə, agentliyin bəyanatında deyilir ki, Rusiya Antidopinq Agentliyi ("RUSADA") milli qanunvericilikdəki uyğunsuzluqları aradan qaldırmayıb və hələ də Ümumdünya Antidopinq Məcəlləsinin meyarlarına cavab vermir.

2020-ci ilin yanvarında Ümumdünya Antidopinq Agentliyi "RUSADA"ya qarşı iddiaya baxmağa başlamaq üçün rəsmi müraciətlə İdman Arbitraj Məhkəməsi ("CAS") ilə əlaqə saxladı.

Qeyd edək ki, bundan əvvəl "WADA" Rusiya Federasiyasını Olimpiada və Dünya Çempionatları da daxil olmaqla böyük beynəlxalq idman tədbirlərində iştirakını dayandırmışdı.

Qadağa dörd il davam edəcək. Xüsusilə, Rusiya növbəti iki Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti