...

Türkiyənin Tekirdağ limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 16:46 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin Tekirdağ limanı 15 milyon 925 min 994 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 527 min 617 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 15 milyon 398 min 377 ton yük daşınıb.

“2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin Tekirdağ limanından 10 milyon 581 min 409 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 371 min 122 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 31 milyon 3 min 156 ton olub.

Bununla yanaşı, 2023-cü ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 532 min 586 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 260 milyon 582 min 661 ton yük qəbul edib.

2023-cü ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 19 milyon 335 min 755 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 241 milyon 246 min 906 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 46 milyon 593 min 524 ton tranzit yük daşınıb.

Xəbər lenti

Xəbər lenti