...

Türkiyədə avtobus qəzaya uğrayıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2023 05:32 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə avtobus qəzaya uğrayıb.

Trend xəbər verir ki, hadisə Manisa şəhərinin Şehzadeler rayonunda baş verib.

İzmir-Mersin marşrutu ilə hərəkət edən avtobusun sürücüsü qəfil idarəetməni itirib və nəqliyyat vasitəsi üzüm bağına girib.

Qəza zamanı avtobusda olan 33 nəfərdən 15-i xəsarət alıb.

Hadisə yerinə xilasedicilər, polislər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti