Bakı. Trend:
Ağ Ev ABŞ Prezidenti Co Bayden və Çin Lideri Si Cinpin arasında noyabrda Kaliforniyada mümkün görüşü planlaşdırmağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə “The Washington Post” etibarlı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrdən biri qeyd edir ki, Amerika rəsmiləri ABŞ və Çin liderləri arasında noyabrda San-Fransiskoda baş tuta biləcək mümkün görüş üçün planlaşdırma prosesinə başlayırlar. Bildirilir ki, bu görüş barədə hələlik rəsmi məlumat verilməyib.
Vurğulanır ki, gələn ay San-Fransiskoda keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində Bayden ilə Si Cinpinq arasında şəxsi görüş şansı yüksəkdir.