Bakı. Trend:
Yıldırım Toğrul Türkeş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib.
Trend xəbər verir ki, bu barədə məlumat qurumun “X” sosial şəbəkəsindəki hesabında yayımlanıb.
Qeyd edək ki, Y.T.Türkeş Türkiyə Böyük Millət Məclisinin deputatıdır. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkili olan Yıldırım Toğrul Türkeş Milliyətçi Hərəkət Partiyasının qurucusu Alparslan Türkeşin oğludur.