...

Putin ÇXR sədri Si Cinpinlə görüşüb

Dünya xəbərləri Materials 17 Oktyabr 2023 16:56 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə "Bir kəmər, bir yol" forumundan əvvəl görüşüb.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya lideri Pekində böyük "Xalq Zalı"na gəlib. Burada "Bir kəmər, bir yol" forumunun iştirakçılarının nümayəndə heyətlərinin görüşü, eləcə də, forumun özü keçiriləcək.

Vladimir Putini Si Cinpin və xanımı Pen Liyuan qarşılayıb.

Qeyd edək ki, oktyabrın 17-də Rusiya prezidenti Vladimir Putin Pekinə 2 günlük səfərə gedib. Rusiya lideri oktyabrın 18-də Pekində keçiriləcək 3-cü "Bir kəmər, bir yol" forumunda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti