...

HƏMAS Təl-Əviv istiqamətində növbəti dəfə raket buraxıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2023 22:56 (UTC +04:00)
HƏMAS Təl-Əviv istiqamətində növbəti dəfə raket buraxıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı Təl-Əvivə növbəti raket zərbələri endirib.

Trend-in məkumatına görə, bu barədə onların "Telegram" kanalında bildirilib.

HƏMAS-ın silahlı qanadı daha sonra Təl-Əviv istiqamətində gün ərzində üçüncü raket hücumu barədə məlumat verib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti