...

ABŞ-də meşə yanğınlarına görə 4 min nəfər təxliyə edildi

Dünya xəbərləri Materials 1 Noyabr 2023 18:41 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının cənubunda səhra küləyinin səbəb olduğu meşə yanğınları min hektardan çox ərazini məhv edib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, meşə yanğınları səbəbindən Riversayd dairəsində 4 mindən çox insan təxliyə edilib.

Oktyabrın 30-dan bəri yanğının miqyasi iki dəfə artıb. Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, indiyə qədər yanğının yalnız 10 faizini söndürmək mümkün olub. Hakimiyyət orqanları 1220 evin 4270 sakininin məcburi təxliyəsi barədə göstəriş verib. Həmçinin, bölgədə bir neçə avtomobil yolu yanğın təhlükəsi səbəbindən bağlanıb.

Xəbər lenti

Xəbər lenti