Bakı. Trend:
ABŞ administrasiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri, silah və avadanlıqların daxil olduğu 125 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərir.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasında deyilib.
Onun sözlərinə görə, “bu gün Birləşmiş Ştatlar öz ölkəsini müdafiə edən Ukrayna xalqına dəstək olmaq üçün yeni silah və texnika paketini verilməsini açıqlayıb". O əlavə edib ki, 125 milyon dollar dəyərində hərbi yardım digər məsələlərlə yanaşı, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yönəlib.
Pentaqonun yazılı açıqlamasında Amerika hərbi departamentinin anbarlarından Kiyevə 125 milyon dollar dəyərində silahların veriləcəyini bildirib. Eyni zamanda, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində 300 milyon dollar yardım göndəriləcək.