...

Türkiyənin “Çalık Enerji” şirkəti Türkmənistanda elektrik stansiyası tikəcək

Dünya xəbərləri Materials 6 Noyabr 2023 16:42 (UTC +04:00)
Türkiyənin “Çalık Enerji” şirkəti Türkmənistanda elektrik stansiyası tikəcək

Bakı. Trend:

Türkiyənin “Çalık Enerji” şirkəti Türkmənistanda elektrik stansiyası tikəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkənin Balkan vilayətinin Türkmənbaşı rayonunda, yəni Xəzər dənizinin Türkmənistan sahilində 1 574 MVt gücündə elektrik stansiyasının təməlini qoyub.

Sözügedən nəhəng elektrik stansiyası Türkiyənin “Çalık Enerji” şirkəti tərəfindən tikiləcək.

Elektrik stansiyasında Amerikanın “General Electric” şirkətinin istehsal etdiyi təbii qazla işləyən dörd qaz turbin və iki buxar turbin olacaq.

Xəzər sahilindəki elektrik stansiyasının 2027-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır. Onu Türkiyənin “Çalık Enerji” şirkəti tikəcək.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Türkmənistan prezidenti ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlərdə türkmən elektrik enerjisinin üçüncü ölkələr vasitəsilə Türkiyəyə çatdırılması imkanları müzakirə olunub. Bu kontekstdə tərəflər qeyd ediblər ki, sözügedən elektrik stansiyası bunun üçün lazımi imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti