...

Ukrayna Ordusunun rəhbər şəxsi faciəvi şəkildə həlak oldu

Dünya xəbərləri Materials 6 Noyabr 2023 23:35 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi həlak olub.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Kiyev vilayətində, V.Zalujnının köməkçisi Qennadi Çestyakovun evində baş verib

Hadisənin qumbara ilə ehtiyatsız davranma nəticəsində baş verdiyi bildirilib. Qennadi Çestyakovun 13 yaşlı oğlu yaralanıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə “Qanunsuz olaraq silah, döyüş sursatı və ya partlayıcı maddələrlə davranma” maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti