Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə dörd fəaliyyət istiqamətini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə deyib.
Onun sözlərinə görə, bunların arasında vətəndaşların müdafiəsi və İsrail-HƏMAS müharibəsinə digər dövlətlərin müdaxiləsinə imkan verilməməsi də yer tutur.
Pentaqon rəsmisi qeyd edib ki, ABŞ-nin Yaxın Şərqdə hərbi iştirakının gücləndirilməsi "USS Gerald R Ford" və "USS Dwight D. Eisenhower"aviadaşıyıcılarının, eləcə də "Ohayo" sinifli sualtı qayığın ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında yerləşdirilməsini əhatə edir.
Qeyd edək ki, "Ohayo" sinifli sualtı qayığı ötən gün Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıb.