Bakı. Trend:
"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri Yaponiyada keçirilən görüşdə Şimali Koreyanı Rusiyaya silah verməkdə ittiham ediblər.
Trend xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Görüş iştirakçıları Koreya Xalq Demokratik Respublikasının dəfələrlə ballistik raket buraxmasını, həmçinin Şimali Koreyadan Rusiyaya silah tədarükünü qəyiyyətlə pisləyir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini birbaşa pozur", - bəyanatda deyilir.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsindəiki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.
Bir qədər əvvəl isə Avropa İttifaqı Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın genişlənməsinə dair məlumatlardan dərin narahatlıq keçirdiyini bildirərək iki ölkəni BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq hərbi texnika və ya döyüş sursatlarını mübadilə etməməyə çağırıb.