...

Türkiyədə ilin əvvəlindən 720-dən çox PKK terrorçusu zərərsizləşdirilib - Nazir

Dünya xəbərləri Materials 9 Noyabr 2023 04:28 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il yanvarın 1-dən noyabrın 1-dək terror PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 721 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib.

"Ümumilikdə bu müddət ərzində PKK separatçı terror təşkilatına qarşı 3054-ü şəhər, 16702-si kənd yerlərində olmaqla 19756 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 84-ü öldürülüb, 525-i sağ əsir, 5-i yaralı olmaqla 721 terrorçu zərərsizləşdirilib. Bundan əlavə, daha 107 terrorçu silahlarını yerə qoyaraq Türkiyə hakimiyyətinə təslim olub", - deyə nazir qeyd edib.

Ə.Yerlikaya həmçinin bildirib ki, Türkiyə təhlükəsizlik qüvvələri beynəlxalq, milli, regional və yerli mütəşəkkil cinayət qruplarına qarşı mübarizəni davam etdirir.

"Cari ilin yanvarın 1-dən noyabrın 1-dək keçirilmiş 370 əməliyyat tədbiri zamanı bir beynəlxalq, 13 milli, 33 regional və 253 yerli mütəşəkkil cinayətkar qrup məhv edilib. Bundan əlavə, 1800 nəfər həbs edilib", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti