...

Paşinyan yenə Makronla görüşüb

Dünya xəbərləri Materials 10 Noyabr 2023 09:49 (UTC +04:00)
Paşinyan yenə Makronla görüşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Trend xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə əlaqədar məsələlər müzakirə olunub.

Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 16-da Fransanın Strasburq şəhərinə səfər etmişdi. Erməni baş nazirin MDB ölkələrinin Bişkəkdə keçirilən zirvə görüşündə iştirakdan imtina etdiyi halda 1 aydan da qısa vaxt içərisində Fransaya 2 dəfə səfər etməsi və anti-Azərbaycan mövqeyi ilə bilinən Fransa ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi maraq doğurur.

Ermənistanın baş nazirinin son zamanlarda Rusiya əleyhinə bəyanatları və Qərbyönümlü mövqeyi də diqqət çəkməkdədir. Belə ki, bir qədər əvvəl Paşinyan Rusiyanı Ermənistana qarşı "hibrid müharibə" aparmaqda və ölkədə hakimiyyəti devirmək cəhdində ittiham edib. Bundan başqa, Ermənistanın baş naziri məhz "rus sülhməramlılarının fəaliyyətsizliyi sayəsində ermənilərin Qarabağı tərk etdiyini" əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın Qərblə, xüsusən Fransa ilə yaxınlaşmasına münasibət bildirib.

"Bizim Ermənistanın xarici tərəfdaş dairəsi, dostları ilə bağlı heç bir qərəzimiz yoxdur. Biz heç vaxt heç kimə qarşı heç kimlə dostluq etmirik", - Sergey Lavrov deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti