...

Çexiya Ukraynaya 250 milyon avrodan çox hərbi yardım göndərib

Dünya xəbərləri Materials 10 Noyabr 2023 20:27 (UTC +04:00)
Çexiya Ukraynaya 250 milyon avrodan çox hərbi yardım göndərib

Bakı. Trend:

2022-ci il fevralın 24-dən bu ilin oktyabrın 9-dək Çexiya Ukraynaya 6 milyard kron (təxminən 250 milyon avro) məbləğində hərbi yardım göstərib.

Trend-in məlumatına görə, bu barədə "idnes.cz" portalı Çexiyanın Milli Müdafiə Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, ordu anbarlarından Ukraynaya hədiyyə olaraq Çexiya Silahlı Qüvvələrində təlabatı olmadığı silahlar göndərilib.

Qeyd olunub ki, Çexiya ordusunun anbarlarından Ukrayna Silahlı Qüvvələrinə 2005 və 2006-cı illərdə istehsal edilmiş 4 "Mi-24" helikopteri, 1968-1993-cü illərdə istehsal edilmiş "M1" modifikasiyalı 62 "T-64" və "T-72" tankları və 1973-cü ildən 1999-cu ilə qədər istehsal edilən 131 piyada döyüş maşınları təhvil verilib. Kiyev həmçinin hədiyyə olaraq beş kimyəvi kəşfiyyat maşını, 47 "UAZ 412" maşını, 152 mm çaplı 13 "DANA" özüyeriyən haubitsa və quraşdırılmış hava hücumundan müdafiə dəstləri olan zirehli texnika alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti