...

Qəzzaya humanitar yardım aparan 850-dən çox yük maşını daxil olub

Dünya xəbərləri Materials 12 Noyabr 2023 11:32 (UTC +04:00)
Qəzzaya humanitar yardım aparan 850-dən çox yük maşını daxil olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Qəzza zolağına humanitar yardım aparan 850-dən çox yük maşını daxil olub.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan mətbuat katibi Conatan Konrikus deyib.

"Qəzzaya yardım etməyə davam edirik. Yardım İsraildən gəlmir, amma biz bunun üçün hər gün sərait yaradırırıq. Getdikcə daha çox yük maşını Qəzza zolağına daxil olur. İndiyədək onlardan 850-dən çoxu [Qəzza zolağına] daxil olub", - deyə o bildirib.

Onun sözlərinə görə, Qəzza zolağına ərzaq, dərman, sığınacaq üçün avadanlıq, çadırlar, müvəqqəti evlər, su çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti