...

Filippində 7 bal gücündə zəlzələ olub - Ölənlər var

Dünya xəbərləri Materials 17 Noyabr 2023 12:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Filippində 7 bal gücündə zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.

İlkin məlumatlara görə, ölkənin sıx məskunlaşmış Şimali Luson adasında baş verən zəlzələ ən azı 5 nəfərin ölümü və 130 nəfərin xəsarət alması ilə nəticələnib.

Zəlzələnin episentri Dolores şəhərindən cənub-şərqdə 13 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar paytaxt Manila şəhərində də hiss olunub. Zəlzələ nəticəsində infrastruktur, o cümlədən, evlər, məktəblər, xəstəxana və körpülər zərər görüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti