Bakı. Trend:
Türkiyənin 2023-cü ilin yanvar-oktyabr aylarında İsrailə polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz azalaraq 772,8 milyon dollar olub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Oktyabr ayında Türkiyənin İsrailə polad məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 45,3 faiz azalaraq 91,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.