...

İsrail Qəzzadan girovların azad edilməsinin başlanğıc tarixini açıqlayıb

Dünya xəbərləri Materials 23 Noyabr 2023 05:48 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən gec olmayaraq başlayacaq.

Trend-in məlumatına görə, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.

"Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar davam edir. [Girovların] azad edilməsi tərəflər arasında ilkin razılaşmaya uyğun olaraq və cümə günündən gec olmayaraq başlayacaq", - deyə o bildirib.

Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti