...

ÜST dünyanın iki regionunda COVID-19-dan ölüm hallarının artdığını bildirib

Dünya xəbərləri Materials 25 Noyabr 2023 05:06 (UTC +04:00)
ÜST dünyanın iki regionunda COVID-19-dan ölüm hallarının artdığını bildirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 23-dən noyabrın 19-dək dünyada 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, ümumilikdə xəstələnmə halları əvvəlki dörd həftə ilə müqayisədə 13 faiz, ölüm halları isə 72 faiz azalıb. Eyni zamanda Qərbi Sakit okean regionunda 14 faiz, Afrika və Şərqi Aralıq dənizində isə ölüm nisbəti müvafiq olaraq 167 faiz və 12 faiz artıb.

Dünyada dörd həftə ərzində 519 399 yoluxma halı və 2 456 ölüm halı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti