...

Türkiyə və İran prezidentləri Qəzza zolağındakı mövcud vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 26 Noyabr 2023 22:07 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Qəzzada vaş verənlər müzakirə edilib.

Prezident Ərdoğan İranın və Türkiyənin müvəqqəti atəşkəsin daimi olması üçün birgə çalışacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti