Bakı. Trend:
İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlama yayıb.
Bildirilib ki, qərar əlverişsiz hava şəraiti ilə əlaqədardır.
"Saat 17.50-dən etibarən boğazda gəmilərin hər iki istiqamətdə hərəkətinin müvəqqəti olaraq dayandırılır", - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl İstanbulda aviareyslər də hava şəraitinə görə ləğv edilmişdi.