...

ABŞ-nin konvertorplanı Yaponiyada qəzaya uğrayıb

Dünya xəbərləri Materials 29 Noyabr 2023 16:35 (UTC +04:00)
ABŞ-nin konvertorplanı Yaponiyada qəzaya uğrayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin "Osprey" konvertorplanı Yaponiyanın Yakusima adaları yaxınlığında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Yaponiya telekanalı məlumat yayıb.

Konvertorplanın dənizə düşdüyü qeyd olunub. İlkin məlumatlara görə, göyərtədə səkkiz nəfər olub.

Qəza bölgəsinə patrul katerləri və təyyarələr göndərilib. Yaponiyanın Müdafiə Nazirliyinin insidentlə əlaqədar olaraq ABŞ tərəfi ilə təmasda olduğu deyilir.

Başqa təfərrüat açıqlanmayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti