...

İsrail Xan-Yunis şəhərinin sakinlərini Rafaha getməyə çağırdı

Dünya xəbərləri Materials 4 Dekabr 2023 12:42 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı Xan-Yunis şəhərinin sakinlərini Misirlə sərhəddə Rafah şəhəri ətrafına təxliyə olmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə bəyanatla İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri çıxış edib.

Bəyanatda İsrail Müdafiə Qüvvələrinin Qəzzada aktiv hərbi əməliyyatlara başladığı deyilir və sakinlərdən təhlükəsizlikləri üçün Rafah şəhəri ətrafına təxliyə olunmaları istənilib.

Xatırladaq ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub. Atəşkəsin uzadılacağı təqdirdə, HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcəyini açıqlayıb.

Qeyd edək ki, dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti