Bakı. Trend:
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
"“Narkogüc-39” kod adı altında ölkənin 49 vilayətində eyni vaxtda keçirilən əməliyyat nəticəsində 3 ton 275 kiloqram narkotik vasitə müsadirə edilib.
Ümumilikdə 651 heyət olmaqla, təhlükəsizlik qüvvələrinin 1422 əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 378 nəfər şübhəli şəxs saxlanılıb", - deyə nazir qeyd edib.