...

Tunisdə qədim divarın uçması nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Dekabr 2023 11:31 (UTC +04:00)
Tunisdə qədim divarın uçması nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Tunis Kayruan şəhərinin mərkəzində qədim divarın uçması nəticəsində azı 3 nəfər ölüb, iki nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər verib.

Mülki Müdafiə Departamentidən bildirilib ki, tarixi məkanın bərpası zamanı divarın 30 metrlik hissəsi uçub. Bərpa işlərini aparan işçilər həlak olub. Departament nümayəndəsinin sözlərinə görə, divarın uçması Köhnə şəhər ərazisində güclü yağışlar səbəbindən baş verə bilərdi.

Eramızın 670-ci ildə əsası qoyulan Kayruan şəhəri Şimali Afrikanın müqəddəs şəhərlərindən biridir və aparıcı turistik məkandır. 1988-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti