...

Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəlib

Dünya xəbərləri Materials 23 Dekabr 2023 14:09 (UTC +04:00)
Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan və Qırğızıstan hökumətləri nümayəndə heyətlərinin delimitasiya və demarkasiya üzrə topoqrafik işçi qrupları ümumi dövlət sərhədinin təxminən 12 km-ni razılaşdırıblar.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin daha 11,88 km-ni razılaşdırdılar”, - məlumatda deyilir.

Bildirilir ki, qruplar dekabrın 17-dən 23-dək Bustonda (Soqd vilayəti) işləyiblər, onların növbəti görüşü Qırğızıstan ərazisində keçiriləcək.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 km-dən çoxdur. Sovet İttifaqı dağıldıqdan sonra onlarla mübahisəli sahə qalıb. Bəzilərində zaman-zaman mübahisələr, o cümlədən silahlı insidentlər yaşanır. Delimitasiya haqda danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti