...

Abdullahiyan rusiyalı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib

Dünya xəbərləri Materials 27 Dekabr 2023 03:52 (UTC +04:00)

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu haqda İran XİN məlumat yayıb.

Danışıq zamanı ölkələr arasında münasibətlərin cari məsələləri, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.

Nazirliyin bəyanatında qeyd olunub ki, Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının regionda sülh və sabitliyə dəstəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti