Bakı. Trend:
İran hakimiyyəti İsraillə əlaqədə ittiham olunan dörd nəfər barədə edam hökmünü icra edib.
Trend xəbər verir ki, bu barədə ISNA agentliyi Qərbi Azərbaycan vilayətinin məhkəməsinə istinadən məlumat yayıb.
Sözügedən şəxslərin İranın təhlükəsizliyini pozmağa cəhd etdiyi qeyd olunub. Onlar bu gün səhər saatlarında edam olunublar.