...

Türkiyənin 37 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirildi: çox sayda şübhəli saxlanıldı

Dünya xəbərləri Materials 30 Dekabr 2023 16:33 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 37 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 189 nəfər şübhəli saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.

Məlumata görə, "Kahramanlar-38" adlı əməliyyat çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinən 189 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən gün Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə polisinin birgə əməliyyatı nəticəsində ölkədəki sinaqoq və kilsələrə və İraq səfirliyinə hücuma hazırlaşan 32 şübhəli saxlanılıb.

Qeyd olunub ki, saxlanılanların 3-nün İŞİD terror təşkilatının "məsul" şəxsləridir. Onlar ifadələrində İŞİD-ə qoşulma prosesləri, Türkiyədə İŞİD-in adından fəaliyyət göstərən şəxslər barədə məlumat veriblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti