...

İsrail HƏMAS liderlərindən birini zərərsizləşdirib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Yanvar 2024 21:00 (UTC +04:00)
İsrail HƏMAS liderlərindən birini zərərsizləşdirib (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Aruri Beyrutun Dahiya qəsəbəsinə İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə "HƏMAS"ın Beyrutdakı bürosunun mənbəsindən bildirilib.

Onun sözlərinə görə, binada olan daha üç nəfər həlak olub. Yaralıların sayı dəqiqləşdirilir.

xxx

20:54

Livan paytaxtı Beyrutun Dahiya qəsəbəsində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, Beyrutun sözügedən qəsəbəsində "Hizbullah" partiyasının silahlı qanadının bölmələri yerləşdirilib.

İlkin məlumata görə, partlayışa səbəb insanların sıx olduğu ərazidəki binanın ikinci mərtəbəsinə pilotsuz uçuş aparatının zərbəsi ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti