Bakı. Trend:
Beyrutun Dahia qəsəbəsindəki pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Livanın "Al Mayadeen" televiziya kanalı bildirib.
“Binaya zərbələr nəticəsində 6 nəfər ölüb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Livan paytaxtı Beyrutun Dahiya qəsəbəsində partlayış baş verib. Partlayışa səbəb İsrailə məxsus pilotsuz uçuş aparatının zərbəsi olub. Bildirilib ki, PUA hücumu nəticəsində Fələstinin "HƏMAS" hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Aruri zərərsizləşdirilib.