...

İndoneziyada 2200-dən çox insan təxliyə edilib

Dünya xəbərləri Materials 3 Yanvar 2024 08:35 (UTC +04:00)
İndoneziyada 2200-dən çox insan təxliyə edilib

Bakı. Trend:

İndoneziyanın şərqində yerləşən Levotobi vulkanında aktivliyin artması səbəbindən 2200-dən çox ölkə sakini müvəqqəti sığınacaqlara təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə "CNA" portalı xəbər verib.

İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən verilən məlumata əsasən, Levotobi vulkanı son həftələrdə bir neçə dəfə püskürüb. Yanvarın 1-də baş verən püskürmə xüsusilə güclü olub. Püskürmə zamanı vulkanik külü dağın zirvəsindən bir yarım kilometr hündürlüyə qalxdı və yaxınlıqdakı iki əraziyə təsir göstərib. Yerli hakimiyyət orqanları 2259 nəfəri xüsusi yaradılmış müvəqqəti sığınacaqlara təxliyə etmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti