...

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

Dünya xəbərləri Materials 4 Yanvar 2024 07:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“İraqın İslam Müqaviməti” şiə silahlı təşkilatı ABŞ-ın Suriyadakı “Ət-Tanf” bazasına hücum etdiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə TASS agentliyi hərəkatın sosial şəbəkələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Suriyadakı Amerika hədəflərinə hücum İsrailin Qəzza zolağında Fələstin əhalisinə qarşı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.

Hücum zamanı hansı zərbənin vurulduğu məlum deyil.

“Əl-Tanf” bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqın düşərgəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti