...

Almaniyada vitse-kanslerlə bağlı baş vermiş insident araşdırılır

Dünya xəbərləri Materials 6 Yanvar 2024 09:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya prokurorluğu fermerlərin ölkənin vitse-kansleri Robert Habeki daşıyan bərənin gəlişini əngəlləmək cəhdini araşdırır.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

"Bu hərəkət Şlüttzil, Şlezviq-Holştayndakı bərə estakadasının blokadasında iştirak edənlər üçün hüquqi nəticələrə malikdir: Flensburqun məsul prokurorluğu cümə günü təhqiqat başladıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, daha öncə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt fermerlərin Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habekin olduğu bərənin gəlişini əngəlləməyə çalışdığını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti