Bakı. Trend:
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Gürcüstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artıraraq, 71,2 milyon dollara çatdırıb.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Dekabr ayında Türkiyənin Gürcüstana sement ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq 4,9 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollar təşkil edib.
Bu ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.