...

Paşinyan daha bir məmuru istefaya göndərdi

Dünya xəbərləri Materials 10 Yanvar 2024 17:24 (UTC +04:00)
Paşinyan daha bir məmuru istefaya göndərdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər nazirinin müavini Vahe Gevorqyanı istefaya göndərib.

Trend xəbər verir ki, bu barədə məlumat Ermənistanın elektron hökumət saytında dərc olunub.

Vahe Gevorqyan 7 sentyabr 2021-ci il tarixindən Ermənistanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Ondan əvvəl isə Gevorqyan xarici işlər nazirinin müşaviri olub.

Qeyd edək ki, son zamanlarda erməni KİV-i Paşinyanın hökumətdə təmizləmə siyasəti apardığını yazır. Bildirilir ki, baş nazir hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olmayan bütün dövlət məmurlarını vəzifədən məhrum edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti