...

Ermənistan DİN-də 629 ştat ixtisara düşəcək

Dünya xəbərləri Materials 11 Yanvar 2024 17:40 (UTC +04:00)
Ermənistan DİN-də 629 ştat ixtisara düşəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Daxili İşlər Nazirliyində 629 işçinin ştatı ixtisar olunacaq.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair məruzənin müzakirəsi zamanı bu barədə baş nazir Nikol Paşinyana məruzə olunub.

Qeyd olunub ki, ixtisarların məqsədi nazirliyin keyfiyyətini artırmaq və müxtəlif şöbələrin funksiyalarının təkrarlanmasının qarşısını almaqdan ibarətdir.

Paşinyan Daxili İşlər Nazirliyinin təhsil infrastrukturlarının Akademiya şəhərciyinə inteqrasiya oluna biləcəyini deyib və bununla bağlı müvafiq konsepsiya hazırlamağı tapşırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti