Bakı. Trend:
Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında hündürlüyü 2 km-ə çatan kül emissiyasını qeydə alıblar.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Dəniz səviyyəsindən 2 km-ə qədər yüksəklikyə kül emissiyası qalxıb”, - deyə departamentdən bildirilib.