...

Zurabişviliyə Paşinyanla görüşə icazə vermədilər

Dünya xəbərləri Materials 27 Yanvar 2024 15:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvilinin Tbilisidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsinə icazə verilməyib.

Trend xəbər verir ki, Zurabişvili bu barədə "Facebook" səhifəsində yazıb.

Gürcüstan prezidenti Tbilisidə səfərdə olan Paşinyanla görüşünə icazə verilməməsi ilə bağlı təəssüf hiss keçirdiyini bildirib.

Salome Zurabişvili, həmçinin, müvafiq qurumların Gürcüstana xarici dövlət başçılarının səfərləri, yüksək səviyyədə görüşlər və tədbirlər barəsində ona məlumat vermədiyini yazıb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Gürcüstanın "Gürcü arzusu" hakim partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu başladıb. İmpiçment barədə qərara səbəb ölkə başçısının konstitusiyanı pozaraq, Avropaya səfərləri hakimiyyətlə razılaşdırmaması olub. İmpiçment qərarının qəbulu üçün 100 səs tələb olunsa da, sənədin lehinə 86 deputat səs verib. 1 nəfər isə impiçmentin əleyhinə olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti