...

Parisdə əsas bazara qanunsuz daxil olmağa çalışan fermerlər saxlanılıb

Dünya xəbərləri Materials 1 Fevral 2024 01:54 (UTC +04:00)
Инглаб Ахмедов
Инглаб Ахмедов
Bütün xəbərlər

Bakı. Trend:

Fransada "Ryunji" bazarına qeyri-qanuni yollarla daxil olmağa cəhd edən 91 fermerin saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Paris polisinin prefekti Loran Nunyes deyib.

"Bir qrup şəxs “Ryunji” bazarının ərazisinə daxil olmağa cəhd edib. Polis əməkdşları 91 qanun pozucusunu saxlamalı olub", - deyə o qeyd edib.

L.Nunyes əlavə edib ki, fermerlərin bazara daxil olması iğtişaşlarla müşayiət olunub.

Prefekt fermerləri Daxili İşlər Nazirliyinin müəyyən etdiyi “qırmızı xətlərə” əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti