Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokionun “Narita” və “Haneda” hava limanlarında yağan güclü qar səbəbindən ən azı 100 reys təxirə salınıb.
Trend ölkənin KİV-lərinə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin hava şəraitinə görə dəyişikliklərlə bağlı məlumatında deyilir.
Bildirilib ki, qarlı hava dəmir yolu nəqliyyatına da təsir edib. Bəzi ərazilərdə qatarların hərəkəti tamamilə dayandırılıb.