...

Çarlz III xərçəng diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Dünya xəbərləri Materials 11 Fevral 2024 18:34 (UTC +04:00)
Çarlz III xərçəng diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Kralı III Çarlz fevralın 5-də monarxa xərçəng diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Trend-in məlumatına görə, o, Norfolk qrafılığndakı Sandrinqem kral mülkünün ərazisində yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində mərasimdə iştirak edib.

Böyük Britaniya televiziya kanallarında nümayiş etdirilən kadrlarda Kraliça Kamillanın müşayiəti ilə 75 yaşlı kralın kilsəyə tərəf getdiyi, yüngülcə çətir çubuquna söykəndiyi, onu salamlayanlara əl yellədiyi görünür.

Krala xərçəngin hansı növü diaqnozu qoyulduğu barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti