Bakı. Trend:
Türkiyənin Balıkesir şəhərinin Edremit rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.