...

Yəmən sahillərində Britaniya gəmisi raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 12 Fevral 2024 11:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin Əl-Muxa şəhərindən 40 dəniz mili cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın ticarət gəmisi hücuma məruz qalıb.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Kapitanın verdiyi məlumata görə, gəmiyə iki raket buraxılıb. Ekipaj xəsarət almayıb, gəmi limana doğru istiqamət alıb.

UKMTO gəmilərə bu bölgədə hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət görən kimi mərkəzə məlumat verməyi tövsiyə edib.

Qeyd edək ki, husilər Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə İsrailə məxsus və onunla əlaqədar gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti