...

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti yenidən uzadılıb

Dünya xəbərləri Materials 12 Fevral 2024 17:39 (UTC +04:00)
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti yenidən uzadılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Volodimir Zelenski Ukraynada ümumxalq səfərbərliyi və hərbi vəziyyətin müddətinin yenidən uzadılması barədə qanunlar imzalayıb.

Trend bu barədə müvafiq qanun layihələrinə istinadla xəbər verir.

Dövlət başçısı hərbi vəziyyət müddətinin, eləcə də ümumxalq səfərbərliyin müddətinin uzadılması barədə qanun imzalayıb. Hər iki müddət 2024-cü il fevralın 14-dən 90 gün – 2024-cü il mayın 13-dək uzadılıb.

Bu, tammiqyaslı müharibə başlanandan bəri hərbi vəziyyət və ümumxalq səfərbərliyi üzrə onuncu qərardır.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət 2022-ci il fevralın 24-də RF tərəfindən ölkəyə irimiqyaslı hücum səbəbindən tətbiq olunub. Bu xüsusi hüquqi rejim dövlət hakimiyyət orqanlarına, hərbi komandanlığa, hərbi administrasiyalara və yerli özünüidarəetmə orqanlarına təhlükənin aradan qaldırılması üçün zəruri olan səlahiyyətləri nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti