...

Türkiyədə tur avtobusu qəzaya uğrayıb - 10 turist yaralanıb

Dünya xəbərləri Materials 13 Fevral 2024 11:54 (UTC +04:00)
Türkiyədə tur avtobusu qəzaya uğrayıb - 10 turist yaralanıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bursa şəhərində Qətər və İndoneziyadan olan turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb, 10 turist yaralanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hadisəyə yağışlı hava səbəb olub. Belə ki, Bursadan İstanbula gedən avtobus yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində 10 turist yaralanıb, 1 nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı istintaq başladılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti